Azərbaycan Premyer Liqasının klubları qış fasiləsində keçirdiyi 22 yoxlama oyununda 18 rəqiblə qarşılaşıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb 4 komandanın iki təmsilçimizi sınağa çəkməsidi.

Qazaxıstanın "Atırau" və "Ordabası", Özbəkistanın "Nasaf", Albaniyanın "Skenderbeu" klubları təmsilçilərimizlə iki dəfə görüşüb. Ümumilikdə isə rəqiblərimiz 2 qitəni təmsil edən 10 ölkədən olub.

Ən çox qarşılaşdığımız rəqiblər Albaniya, Qazaxıstan və Rumıniyadan olub - hərəsi ilə 4 dəfə. Özbəkistan və Rusiya təmsilçiləri ilə 2 dəfə görüşmüşüksə, Makedoniya, Bolqarıstan, Polşa, Qırğızıstan, Türkiyə və Tacikistanla 1 duelimiz baş tutub.

Rəqiblərin liqalarına baxsaq, yalnız iki komanda - "Tosno" və "Sivasspor" aşağı dəstədə mübarizə aparır. Digər 20 komanda isə ölkəsinin yüksək liqasının təmsilçisidi.

Bu komandalardan 5-i mövsümlərarası fasilə dövrünü Antalyada keçirib. Onlar çempionatı yaz-payız sistemi ilə keçirilən ölkələrdəndi. Digərləri isə mövsümün gedişində Türkiyəyə yollananlardı. Mövsümü başa vurub, Antalyaya gələnlərdən biri qızıl, ikisi gümüş mükafatçıdı.

Rəqiblərin təmsil etdiyi ölkələrə gəlincə, Avropada 7-ci olan Rusiya ən güclü çemponatdı. Ən zəif isə UEFA-nın 42-cisi olan Makedoniyadı. Asiya ölkələrindən isə yalnız Özbəkistan öz konfederasiyasında "onluq"dadı.

Çempionatı davam edən klubların indiki turnir cədvəlində tutduğu yerə baxsaq, "Kukesi" ölkəsində liderdi. Rəqiblərimiz arasında ön sıralarda qərarlaşan digər klublar da var.

Klublarımızın rəqibləri

klub

Ölkə

Qitəsi və reytinqdə yeri

liqası

yeri

"Kukesi"

Albaniya

UEFA-38

Superliqa

1

"Partizani"

Albaniya

UEFA-38

Superliqa

2

"Skenderbeu"

Albaniya

UEFA-38

Superliqa

3

"Atırau"

Qazaxıstan

UEFA-29

Premyer Liqa

8

"Ordabası"

Qazaxıstan

UEFA-29

Premyer Liqa

5

"Dordoy"

Qırğızıstan

AFK-31

Liqa

2

"Lokomotiv"

Qorna, Bolqarıstan

UEFA-27

Prva liqa

2

"Şkendiya"

Makedoniya

UEFA-42

A liqa

12

"Nasaf"

Özbəkistan

AFK-9

PFL

2

"Termalika"

Polşa

UEFA-21

Ekstraklasa

4

"Botoşani"

Rumıniya

UEFA-17

Diviziya A

8

"Konkordiya"

Rumıniya

UEFA-17

Diviziya A

12

"Qaz Metan"

Rumıniya

UEFA-17

Diviziya A

3

"Styaua"

Rumıniya

UEFA-17

Diviziya A

2

"Orenburq"

Rusiya

UEFA-7

Premyer Liqa

14

"Tosno"

Rusiya

UEFA-7

I divizion

2

"İstiqlol"

Tacikistan

AFK-24

Tacik Liqa

1

"Sivasspor"

Türkiyə

UEFA-10

PTT 1-ci liqa

3

Qeyd: "yaz-payız" sistemi ilə keçirilən liqalar fərqləndirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində