Millimizin futbolçuları Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavista" Portuqaliya Premyer Liqasında növbəti oyununa çıxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Portu klubu 19-cu turda doğma meydanda "Belenenseş"i qəbul edib və 0:1 hesabı ilə uduzub. Ağayev cəzası səbəbindən bu matçda iştirak etməyib. Mahmudov isə 60-cı dəqiqədə meydana daxil olub.

"Boavista" turnir cədvəlində 24 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində