Madaqaskarda toy maşınının ağır yol qəzasına düşməsi nəticəsində 45 nəfər həlak olub.

Milli.Az Xinhua-ya istinadən bildirir ki, olay Madaqasqarın paytaxtı Antananarivudan 90 km şimal-şərqdə, Anjozorbe şəhərinin yaxınlığında yaşanıb.

Bəylə gəlinin və qonaqların olduğu yük maşını körpüdən Mananara çayına düşüb. 45 nəfər, o cümlədən 9 uşaq, 27 qadın və 9 nəfər həlak olub. 24 nəfər yaralanıb.

Həlak olanların tam əksəriyyəti çayda boğulublar. Madaqasqarda yolların vəziyyəti həddən artıq pisdir. Üstəlik, yağışlar mövsümündə hərəkət çox çətinləşir.

Bu səbəbdən də toy karvanında yük avtomobilindən istifadə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində