Fransua Ollandın sevgi macərası ekranlaşdırılır

Fransua Ollandın sevgi macərası ekranlaşdırılır
21:05 6 Yanvar 2015
130 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa Prezidenti Fransua Ollandın sabiq həyat yoldaşı Valeri Trierveylerin "Bu an üçün təşəkkürlər" ("Merci pour ce moment") adlı kitabı əsasında film çəkiləcək.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, keçmiş birinci xanımın yaxın rəfiqəsi, aktrisa-prodüser Səidə Cavad ötən il Fransada ən çox satılan əsəri ekranlaşdıracaq.
 
S.Cavad filmin Fransa və beynəlxalq şirkətlərlə müştərək çəkiləcəyini bildirib.

Qeyd edək ki, 12 dilə tərcümə olunan və 2014-cü ildə 650 mindən çox nüsxəsi satılan kitab cütlüyün münasibətlərindən bəhs edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317625.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR