Dünyanın ən məşhur aktyorlarından biri, Hollivud ulduzu Conni Deppin sabiq menecerləri onu məhkəməyə veriblər.

Milli.Az The Wall Street Journal-a istinadən bildirir ki, iddia ərizəsi ilə bağlı məhkəmə prosesi ABŞ-ın Los-Anceles şəhərinin Ali Məhkəməsində olacaq. İddia uzun illərdən bəri 53 yaşlı aktyorun işləri ilə məşğul olan "The Management Group"a (TMG) məxsusdur.

Şirkət "Karib dənizinin quldurları" saqasının ulduzunu müqavilə şərtlərini pozmaqda, fırıldaqda və öz pullarını yelə verməkdə suçlayır.

İddiada vurğulanır ki, Depp "eqoist, məsuliyyətsiz və bədxərc həyat tərzi" sürərək ayda 2 milyon dollar xərcləyib.

Aktyor 75 milyon dollara 14 ev və Baham arxipelaqında bir neçə ada, 18 milyon dollara isə yaxtalar alıb.

Daha sonra Conni Depp məşhur rəssamlar Qustav Klimtin və Endi Uorhollun əsərlərinə, 70 nadir gitaraya və zinət əşyalarına 12 milyon dollar sərf edib.

Bundan başqa, aktyor 1998-ci ildə çəkilmiş "Las-Veqasda qorxu və nifrət" filmində obrazını yaratdığı jurnalist Hanter Tompsonun külünü xüsusi hazırlanmış top vasitəsilə atışla səmada səpələməyə 3 milyon dollar sərf edib.

İddianamədə daha sonra vurğulanır ki, Conni Depp hər ay şərablara ən azı 30 min dollar xərcləyir. 40 qulluqçuya ayda 300 min dollar, 150 min dollar isə mühafizəyə ayrılır.

Yanvarın 13-də Conni Depp "Management Group"u məhkəməyə verərək bəyan etmişdi ki, bu şirkətin yarıtmaz fəaliyyəti nəticəsində milyonlarla dollar itirib, 40 milyon dollar borca düşüb. Menecerlərinin vergiləri vaxtında ödəmədiklərini vurğulayan aktyor maddi təzminat qismində 25 milyon dollar tələb edib.

TMG ittihamları rədd edərək aktyordan 500 min dollar istəyir və vurğulayır: "Yaranmış maliyyə problemlərinə görə məsuliyyəti Depp daşıyır".

Conni Depp aktyor karyerası ərzində 650 milyon dollar qazanıb.

Bu arada bəlli olub ki, aktyor sabiq xanımı, aktrisa Ember Hördə boşanmadan sonra ödəyəcəyi 7 milyon dolları hələ də verməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şəraba 30 min, yaxtaya 18 milyon: məşhur aktyorun dəbdəbəli həyatı - FOTO