Vaqif Aydınoğlu ATV-dən getməsi xəbərinə AYDINLIQ GƏTİRDİ

Vaqif Aydınoğlu ATV-dən getməsi xəbərinə AYDINLIQ GƏTİRDİ
12:03 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

“Mən öz işimin başındayam. İndiyədək olduğu kimi hazırda da ATV-nin İctimai siyasi verilişlər Departamentinin rəhbəri, Xəbərlər xidmətinin Baş redaktoru və "Həftə Sonu" analitik informasiya proqramının müəllifi və aparıcısı olaraq vəzifəmi icra edirəm”.

Publika.az xəbər verir ki, bu sözləri Vaqif Aydınoğlu işdən ayrılması ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

O, bildirib ki, sadəcə olaraq bundan sonra ATV-nin mətbuat xidməti vəzifəsini icra etməyəcək: “Bu iş kanalımızda yeni yaradılan (İctimai siyasi məsələlər və İctimayətlə əlaqələr) departamentin yeni təyin olunan rəhbəri Turan İbrahimova həvalə olunub. Çox xahiş edirəm bundan sonra ATV ilə bağlı suallarnızı mənə, yox Turan bəyə ünvanlayasınız”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/186132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR