İslahatçı Gənclər Birliyinin sədri: "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir"

İslahatçı Gənclər Birliyinin sədri: "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir"
12:12 2 Fevral 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ "Gənclər Günü Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük hədiyyəsidir". "Report"un məlumatına görə, bunu İslahatçı Gənclər Birliyinin sədri Fərid Şahbazlı bildirib. 
Onun sözlərinə görə, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir: "Bu siyasətin mahiyyətində Azərbaycan gəncliyini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda dünyadakı rəqabət şərtlərinə davam gətirəcək səviyyədə intellektual və mobil qüvvə kimi görmək istəyi dayanır. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Bu siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan gəncliyinin ayrı-ayrı təmsilçiləri hakimiyyətin müxtəlif qollarında təmsil olunmaqla, dövlətin idarəçiliyində yaxından iştirak edirlər".


Gənclər və İdman Nazirliyi

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/i-slahatci-gencler-birliyinin-sedri-gencler-gunu-heyder-eliyevin-azerbaycan-gencliyine-en-boyuk-hed

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR