Tramp daha bir ölkə ilə “soyuq müharibə”yə başladı

Tramp daha bir ölkə ilə “soyuq müharibə”yə başladı
12:53 2 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Malkolm Ternbulla telefon söhbətini xarakterizə edib.

Publika.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Tramp baş nazirlə söhbətin prezident seçildikdən sonra dünya liderləri ilə etdiyi telefon danışıqlarından “ən pis”i olduğunu deyib.

Telefon danışığı 25 dəqiqə davam edib. Nəşrin məlumatına görə, ABŞ lideri söhbəti qəflətən bitirib. Liderlər 1250 qeyri-leqal miqrantın Avstraliyadan ABŞ-a göndərilməsi haqqında Avstraliya hakimiyyəti ilə keçmiş prezident Barak Obama arasında imzalanan sazişi müzakirə ediblər.

Tramp daha əvvəl “Tvitter”də yazdığı statusda razılaşmanı “şeytan sazişi” adlandıraraq ona qarşı çıxıb. ABŞ prezidenti 2013-cü il aprelin 15-də ABŞ-da törədilən terror aktını xatırladaraq, Avstraliya hakimiyyətini ABŞ-a “yeni Boston terrorçuları” göndərmək cəhdlərində ittiham edib. "Buna inana bilirsinizmi? Obama iqtidarı Avstraliyadan minlərlə qeyri-qanuni mühaciri ölkəyə qəbul etməyə razılıq verib. Niyə? Belə bir axmaq razılaşmanı araşdıracam".

Öz növbəsində Ternbull ABŞ lideri ilə “ən pis” telefon söhbəti haqqında xəbərləri şərh etməkdən imtina edib.

“ABC News Australia” isə Avstraliya hökumətindəki mənbələrinə istinadən telefon danışığının çox gərgin alındığını xəbər verib. Bildirilir ki, Tramp miqrantlar haqqında bu razılaşmaya nifrət edir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR