Sabaha olan hava proqnozu AÇIQLANDI

Sabaha olan hava proqnozu AÇIQLANDI
13:14 2 Fevral 2017
200 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-6° isti olacağı gözlənilir.

Bakıda gecə 0-2° şaxta, gündüz 3-5° isti olacağı gözlənilir.

 

Gecə və səhər yollar buz bağlayacaq.

 

 

Azərbaycanın rayonlarında isə sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Lakin gündüz saatlarında Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, fevralın 3-4-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266634

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR