Dövlət Komissiyası: "Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür"

Dövlət Komissiyası: "Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirlər görülür"
14:17 2 Fevral 2017
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmışdır və zəruri tədbirlər görülür.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Komissiyasından məlumat verilib.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/513671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR