FHN-də Gənclər Günü qeyd edilib - FOTO

FHN-də Gənclər Günü qeyd edilib - FOTO
15:09 2 Fevral 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

 

Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.

 

Tədbiri açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.

 

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri təbrik edib, vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi mərhum prezident  Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Bu siyasəti davam etdirən prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Xarici ölkələrdəki 200-dən artıq ali məktəbdə Azərbaycan gəncləri təhsil alır və bu gənclər təhsillərini başa vurduqdan sonra ölkəmizə fayda verəcəklər. Nazir müavini qeyd edib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

 

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün zamanlarda gənclərə xüsusi önəm verildiyini bildirmişdir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində Gənclər və İdman Nazirliyi yaradılmış, Azərbaycan gənclərinin I forumu keçirilib, gənclər siyasəti sahəsində böyük uğurlar qazanılmışdır. Gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin xüsusi dəstəyinə ehtiyac olduğunu söyləmiş, bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

 

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR