SOCAR-ın Ekologiya İdarəsində gənclərlə görüş keçirilib

SOCAR-ın Ekologiya İdarəsində gənclərlə görüş keçirilib
17:42 2 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsində “2 fevral - Gənclər Günü” qeyd edilib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, idarənin rəisi  Azər Əliyev ulu öndər Heydər Əliyev tərəfindən daim Azərbaycan gəncliyinə göstərilən etimaddan, böyük diqqət və qayğıdan, ölkəmizdə gənclərin öz imkan və bacarıqlarını inkişaf etdirmələri üçün yaradılan şəraitdən danışıb. 
Natiq bildirib ki, Gənclər Gününün MDB məkanında, həmçinin Şərqi Avropa ölkələri arasında ilk dəfə məhz Azərbaycanda qeyd olunması heç də təsadüfi deyil: "Azərbaycan Respublikasında gənclər ictimai-siyasi həyatın fəal və aparıcı qüvvəsidir. Gənclər bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlarda yaxından iştirak edir, dövlətimizin iqtisadi-siyasi cəhətdən daha da qüdrətlənməsi naminə yorulmadan çalışırlar". 
Çıxış edən digər natiqlər, habelə Ekologiya İdarəsinin gənc mütəxəssisləri SOCAR-ın istedadlı və perspektivli gənclərin xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədi ilə həyata keçirdiyi Xarici Təqaüd Proqramı, gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə həyata keçirilən Daxili Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi və gənclər üçün nəzərdə tutulmuş digər proqramlar haqqında danışıb, gənc nəslin potensialından daha səmərəli istifadə olunması üçün görülən işlərdən bəhs ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-in-ekologiya-i-daresinde-genclerle-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR