ABŞ prezidenti Donald Trampla Avstraliyanın baş
naziri Malkolm Ternbull arasındakı telefon danışığı zamanı qalmaqal
baş verib. Trampın meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon
söhbətinin detalları məlum olub. Türkiyə və Yunanıstan arasında
gərginlik davam edir.İrana qarşı yeni sanksiyalar paketi
hazırlanıb. Suriya münaqişəsinin həlli üzrə növbəti danışıqların
vaxtı açıqlanıb.
Bu gün Bakıda bir qrup gənc Müsavat Partiyasının
qərargahı qarşısında etiraz aksiyası keçirib.
Etirazçılar Müsavat Partiyası rəhbərliyinin apardığı qızışdırıcı
siyasətə, ümummilli lider və ölkə haqqında səsləndirdiyi qeyri-etik
fikirlərə etirazlarını bildiriblər.
“Armenianreport” saytında yayımlanan məqaləsində
Ramella Mnaçakanyan yazıb ki, aprel müharibəsindəki məğlubiyyət
Ermənistanı oğrular və satqınların idarə etdiyini
göstərdi.
Erməni jurnalist qeyd edir ki, aprel müharibəsindəki məğlubiyyət
Ermənistanın itkilərinin başlanğıcıdır: “Heç nə başa çatmayıb. Biz
gələcək itkilərin cığırına daxil olduq. Lakin burada yeganə günah
satqın hakimiyyətdə deyil. Hakimiyyət öz satqınlığını, oğurluğunu
gizlətmir. Günahkarlardan biri də erməni xalqıdır. Çünki insanlar
satqınlığı və oğurluğu görür, lakin susurlar. Bizim camaat
hakimiyyətə təzyiq etməyi bacarmır. Sonuncu prezident və parlament
seçkiləri də göstərdi ki, insanlar öz səslərini müdafiə edə
bilmirlər. Əgər camaat müqavimət göstərə bilmirsə, onda
məğlubiyyətlərin ardı gələcək”.
ABŞ senatorları Robert Menendez və Eda Markey Dövlət
katibi Reks Tillerson və BMT-də daimi nümayəndə Nikki Heyliyə
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual
ünvanlayıb.
Senatorlar R.Tillerson və N.Heyliyə sualı yanvarın 23-də,
onların namizədlikləri üzrə dinləmələrin aparıldığı vaxt veriblər.
Hansı ki, həmin gün Konqres hər iki şəxsin vəzifəsini
təsdiqləmişdi. Bir gün sonra isə senatorlar cavab alıblar.
“Asbarez.com” saytında yayımlanan cavabda Reks Tillerson Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan tərəfi
ilə fəal işləməyə hazır olduğunu bildirib. “Mən Qarabağ
münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün
tərəflərlə işləyəcəm. İlk addım etibarın yaradılması və bütün
razılaşmalara hörmət edilməsi haqda zəmanət olmalıdır”, - deyə o
bildirib.
Dövlət katibi qeyd edib ki, Qarabağ münaqişəsi regionda sabitlik
üçün təhlükədir.
ABŞ Ermənistandan İMTİNA ETDİ: Trampın Qarabağ mövqeyi İrəvanı QORXUYA SALDI
Trampın Qarabağ mövqeyi İrəvanı QORXUYA SALDI
ABŞ prezidenti Donald Trampın meksikalı həmkarı
Enrike Penya Nyeto ilə telefon söhbətinin detalları məlum
olub. Tramp həmkarını Meksikaya Amerika qoşunlarını
yeritməklə hədələyib.
“Associated Press” agentliyinin yazdığına görə, Tramp telefon
söhbəti zamanı Meksikada “pis oğlanlar”la savaş üçün ABŞ ordusunu
bu ölkəyə göndərməyə hazır olduğunu deyib. Amma ABŞ prezidentinin
“pis oğlanlar” deyəndə kimləri nəzərdə tutduğu dəqiqləşmir.
Agentlik qeyd etdiyi kimi, telefon söhbətinin oxşar hissəsinin
daha əvvəl Meksika KİV-i dərc edib. Meksika Xarici İşlər Nazirliyi
isə söhbətin bu hissəsini saxta adlandırıb. “Associated Press”
xatırladır ki, Tramp “pis oğlanlar” ifadəsini daha əvvəl də açıq
çıxışlarda istifadə edib.
Xatırladaq ki, prezidentlər arasında telefon söhbəti yanvarın
27-də baş tutub.
Tramp daha bir ölkə ilə “soyuq müharibə”yə
başlayıb. ABŞ prezidentinin Avstraliyanın baş naziri
Malkolm Ternbulla telefon söhbəti olduqca soyuq keçib.
Tramp daha bir ölkə ilə “soyuq müharibə”yə başladı
“Ən pis”i telefon danışığının nəticəsi...
İrana münasibəti yaxşı olmayan Ağ Evin yeni
administrasiyası bu ölkəyə qarşı yeni sanksiyalar paketi
hazırlayıb. ABŞ-ın respublikaçı senatorları Marko
Rubio, Todd Yanq və Con Kornin İrana qarşı yeni sanksiyaların
tətbiqi barədə qanun layihəsini Konqresin gündəliyinə daxil
ediblər.
"Bir neçə illik birtərəfli güzəşt və əvvəlki administrasiyanın
uyuşqanlığından sonra İranın terrorizmi dəstəkləməsinə qarşı
müqavimət göstərməyə qayıtmağın vaxtı çatıb. İranın əvvəlki kimi
terrorçuluğu dəstəkləməsi və ballistik raket proqramını
təcavüzkarcasına inkişaf etdirməsi müttəfiqlərimiz, qoşunlarımız və
ən nəhayət vətənimiz üçün təhlükə mənbəyi olaraq qalır", - deyə
senatorlar qeyd edirlər.
Yeni sanksiyalar İran İnqilabı Keşikçiləri Korpusu (İİKK),
"Mahan Air" aviaşirkəti, həmçinin İranın ballistik raket
proqramında iştirak edən şəxslər və onunla bağlı olan iqtisadiyyat
sahəsinə qarşı məhdudlaşdırıcı tədbirlər nəzərdə tutur.
Tehran isə geri çəkilmək niyyətində deyil. İran
şəxsi istehsalı olan “Sumar” qanadlı raketinin müvəffəqiyyətli
sınaqlarını həyata keçirib. Bu haqda xüsusi xidmət
orqanlarına istinadən Almaniyanın “Die Welt” qəzeti bildirib.
Nəşrin məlumatına görə, genişmiqyaslı raket sınaqları ötən bazar
günü həyata keçirilib. Orta mənzilli “Sumar” raketi nüvə yükünü
daşımaq qabiliyyətinə malikdir. Raket sınağın gedişatında 600
kilometr uçub. Amma raketin uçuş məsafəsi 2-3 min kilometr təşkil
edir.
İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raketin sınağının
keçirilməsi faktını təsdiqləyib. Amma bildirib ki, keçirilmiş
sınaqların nüvə silahı ilə əlaqəsi yoxdur.
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya
üzvlüyü ilə bağlı referendum keçirmək niyyətindədir.
Dövlət başçısı bu haqda Almaniyanın “Berliner Morgenrost” qəzetinə
müsahibəsində deyib.
“Dörd il əvvəl əhalinin 16 faizi NATO-ya üzvlüyü dəstəkləyirdi.
İndi isə bu göstərici 54 faizdir. Mən prezident kimi xalqın rəyinə
arxalanaraq NATO-ya üzvlüklə bağlı referendumu keçirəcəyəm. Əgər
ukraynalılar bunun üçün səs verəcəklərsə, mən ölkənin Şimali
Atlantika İttifaqına üzvlüyü üçün bütün səyləri göstərəcəyəm”, -
deyə Poroşenko bildirib.
Poroşenko Moskva üçün təhlükəli ADDIMA "HƏ" DEDİ: NATO...
Moskvanı QƏZƏBLƏNDİRƏCƏK ADDIM
Rusiyanın Liberal-Demokratik Partiyasının lideri
Vladimir Jirinovski NATO-ya qoşulmaq istəyən Ukraynanı
hədələyib. Siyasətçi “Rossiya 1” telekanalının
birbaşa efirində çıxışın deyib ki, prezident seçkilərində qələbə
qazanacağı halda Ukraynanı məhv edəcək.
Jirinovski söz verib ki, Kremlə girişdən üç gün sonra bütün
Ukrayna hökumətini həbs edəcək.
“Hələ Putini xatırlayacaqsınız ki, o, xeyirxah idi. Hər şeyi
məhv edəcəyəm! Heç bir Ukrayna olmayacaq! Hamı həbs ediləcək! Və
yalnız hərbi yolla! Prezident seçiləcəyim halda bunu edəcəyəm!”, –
deyə Jiriniovski bildirib.
Xatırladaq ki, Jirinovski daha əvvəl “Avropanı məhv etmək”
ehtiyacını dilə gətirib.
Rusiyanın ən yaxın müttəfiqlərindən biri hesab
olunan Belarus isə Avrasiya İqtisadi İttifaqı və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa
hazırlaşır. Bu barədə informasiyanı “Regnum”
agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik
Minskin həmçinin Rusiya ilə İttifaq dövlət razılaşmasından da
çıxmaq istədiyini bildirib.
Qeyd edək ki, Belarus Avrasiya İttifaqının əsas yaradıcılarından
biridir. Belarusla yanaşı, bu təşkilata Rusiya, Qazaxıstan,
Ermənistan və Qırğızıstan daxildir.
Türkiyə, Rusiya və İran fevralın 6-da Qazaxıstanın
Astana şəhərində Suriya münaqişəsinin həlli üzrə danışıqları davam
etdirəcək. Bu haqda məlumatı Qazaxıstanın Xarici
İşlər Nazirliyi açıqlayıb.
Qeyd edək ki, yanvarın 23-23 tarixlərindən Astanada Suriya üzrə
danışıqlar keçirilmişdi.
Almaniya baş kansleri Angela Merkel Ankaraya
gəlib. Merkelin Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan və həmkarı Binəli Yıldırımla görüşüb.
Türkiyə və Yunanıstan arasında münasibətlər Kardak
adası ətrafındakı vəziyyətlə əlaqədar son günlər
pisləşib. Türkiyə Xarici İşlər naziri Mövlud
Çavuşoğlu Yunanıstan müdafiə naziri Panos Kamennosu ağlını başına
yığmağa çağırıb.
Qeyd edək ki, Yunanıstanın müdafiə naziri Türkiyənin
davranışlarını “kovboy hərəkətləri” adlandırıb.
Yunanıstan müdafiə nazirinin bəzi hərbi
səlahiyyətlilərlə 21 il əvvəl ölən 3 yunan əsgərinin xatirəsinə
Kardak qayalıqlarına dünən vertolyotdan çələng atdığı məlum
olub. Eyni saatlarda Türkiyə Hərbi Hava Qüvvələrinə
aid F-16 qırıcıları Kardak qayalıqları üzərində uçub.
Xüsusi təyinatlılar hücuma keçdi: Türkiyəyə qarşı MÜHARİBƏ - VİDEO
Qayalıqlar ətrafında gərginlik artıb.
Rumıniyada hökumətin istefası tələbi ilə aksiyalar
keçirilib. Ölkənin yüz minlərlə sakini minlərlə
məhbusun əfvini və bəzi dəyişiklikləri nəzərdə tutan qanun
layihəsinin təsdiqinə etiraz olaraq küçələrə çıxıb.
Etiraz aksiyaları bütövlükdə ölkənin 56 şəhərində keçirilib.
Dövlət əleyhinə etirazların indiki dalğası 1989-cu ildə kommunist
hakimiyyətinin devirilməsindən sonra keçirilən ən genişmiqyaslı
aksiyalardır.
Rumıniyada polislə toqquşmalar - 100 minlərlə insan küçələrdədi
Rumıniyada hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyaları davam edir.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/186209.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)