Sumqayıt Kimya Sənaye Parkının əmlakını mühafizə edəcək şirkət məlum olub

Sumqayıt Kimya Sənaye Parkının əmlakını mühafizə edəcək şirkət məlum olub
09:32 3 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında “Sumqayıt Kimya Sənaye Parkı” MMC ərazisindəki əmlakın mühafizəsi üzrə iş və xidmətlərin satın alınması ilə əlaqədar keçirilən açıq tender prosedurunda iştirak edən iddiaçıların təkliflərini qiymətləndirib.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib. 
Məlumata görə, açıq tenderin nəticələri haqqında tender komissiyasının yanvarın 27-də qəbul etdiyi qərara əsasən “GESCO” ASC qalib elan edilib.
Sözügedən təşkilatla fevralın 1-də müvafiq satınalma müqaviləsi bağlanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sumqayit-kimya-senaye-parkinin-emlakini-muhafize-edecek-sirket-melum-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR