Bakıda yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq travma alıb

Bakıda yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq travma alıb
09:52 3 Fevral 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Bakıya yağan güclü qar və yolların buz bağlaması nəticəsində 70 nəfər yıxılaraq əzilib və travma alıb.
Bunu “Report”a açıqlamasında Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
O bildirib ki, həmin şəxslərdən 60 nəfəri xəstəxanalara yerləşdirilib.
Baş həkim qeyd edib ki, müraciətlər şəhərin müxtəlif hissələrindən daxil olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/yollarin-buz-baglamasi-neticesinde-70-nefer-yixilaraq-travma-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR