"Neftçi"nin "Qəbələ" ilə "Bakcell Arena"da qarşılaşmamasının səbəbi müəyyənləşib

"Neftçi"nin "Qəbələ" ilə "Bakcell Arena"da qarşılaşmamasının səbəbi müəyyənləşib
10:52 3 Fevral 2017
31 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ "Neftçi" futbol klubu "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XVI tur matçının "Bakcell Arena"da keçirilməmə səbəbini açıqlayıb.
Klubun icraçı direktoru Orxan Hüseynzadə "Report"a açıqlamasında bunu arenada qarın təmizlənməsindən sonra ot örtüyünün sıradan çıxma təhlükəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, paytaxtın 8-ci km qəsəbəsindəki stadiondan fərqli olaraq, Qəbələ şəhər stadionunda isitmə sistemi var: "Biz "Bakcell Arena"dakı qarı təmizləsəydik belə, ot örtüyü quru vəziyyətdə olmayacaqdı. Nəticədə oyun zamanı meydanın örtüyü xeyli zədələnəcəkdi. Qəbələ şəhər stadionunun meydanında isə isitmə sistemi var. Bunun sayəsində or örtüyü tez də quruyur. Komandamız ötən gündən Qəbələdədir və artıq oyunöncəsi son məşqə də çıxıb. Heç bir problem olmadan yüksək səviyyədə məşq keçiblər. Bizi anlayışla qarşıladıqları üçün "Qəbələ" rəhbərliyinə minnətdarlığımızı bildiririk".
"Neftçi" qış fasiləsində heyətinə 9 yeni futbolçu cəlb edib. Yenilənmiş heyət ötən tur da "Qarabağ"la görüşü səfərdə keçirib. Yenidən səfərdə güclü komandaya qarşı oynamağın flaqmana problemlər yaradacağını etiraf edən icraçı direktor uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini vurğulayıb. 
"Qəbələ" və "Neftçi" arasındakı görüş bu gün saat 17:00-da başlanacaq. Qonaq komanda oyun öncəsi iki hücumçu - Hüqo Barqasla Daniel Seqoviyanı transfer edib. O.Hüseynzadə hələlik Barqasın meydana çıxmasının mümkünlüyünü bildirib. O, transfer vərəqi gələcəyi halda, Seqoviyanın da oynaya biləcəyini açıqlayıb.
Qeyd edək ki, hazırda "Neftçi" 15 oyundan 10 xalla 7-ci, "Qəbələ" isə 32 xalla 2-ci pillədədir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-nin-qebele-ile-bakcell-arena-da-qarsilasmamasinin-sebebi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR