"Report" xəbər verir ki, BOKT "Hidayətoğlu Şirkətlər Qrupu" MMC ilə əməkdaşlığı dayandırıb.
Hazırda "Aqrarkredit" ABB-nin problemli aktivlərinin satışını 2 şirkət - "Daşınar və daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi" və Respublika Xammal və Əmtəə Birjası - "Külək" MMC-lərlə həyata keçirir.
Xatırladaq ki, "Aqrarkredit" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22 669 490,87 manatdır. BOKT-un səhmləri 100% dövlətə məxsusdur.