Sabah hava yağmursuz keçəcək

Sabah hava yağmursuz keçəcək
12:48 3 Fevral 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Həftənin şənbə günü, fevralın 4-də ölkə ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/186292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR