Rusiya XİN Ermənistan-Azərbaycan Sülh Platformasına münasibət bildirib

Rusiya XİN Ermənistan-Azərbaycan Sülh Platformasına münasibət bildirib
13:32 3 Fevral 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə verə biləcəyi töhfə ilə bağlı suala cavabında deyib.
 
M. Zaxarova bildirib ki, münaqişə tərəflərinin ictimai dairələrində hər kəs tərəfindən qəbul ediləcək kompromis qərarın sülh yolu ilə axtarışına alternativin olmadığını aşılamaq lazımdır: "İstənilən təşəbbüs ilk növbədə buna yönəlməlidir. Biz bu konkret missiyanın qarşısına qoyulan istənilən təşəbbüsü dəstəkləyirik".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/513987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR