The Times of Israel: "Ermənistanla İranı birləşdirən dəmir yolunun tikintisi layihəsi müvəffəqiyyətsizliyə məhkumdur"

The Times of Israel: "Ermənistanla İranı birləşdirən dəmir yolunun tikintisi layihəsi müvəffəqiyyətsizliyə məhkumdur"
14:52 3 Fevral 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

"Ermənistanla İranı birləşdirən dəmir yolunun tikintisi layihəsi müvəffəqiyyətsizliyə məhkumdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "The Times of Israel" (timesofisrael.com) internet-qəzetində yer alan məqaləsində analitik Fuad Şahbazov yazıb.

Məqalədə qeyd olunur ki, dəmir yolunun Ermənistan hissəsinin tikintisinin təxmini dəyəri 3,2 milyard dollar təşkil edir. Layihənin ümumi dəyəri Ermənistanın illik büdcəsinə bərabərdir.

Müəllif hesab edir ki, Ermənistanın regional tərəfdaşı olan İran dəmir yolunun uzunluğu 250 kilometrə yaxın olan Ermənistan hissəsinin tikintisi üçün kredit təqdim etməyə hazırlaşmır. Müəllifin fikrincə, Tehran bu layihədə Yerevanın olduğu qədər maraqlı deyil.

Məqalədə qeyd olunur ki, Ermənistanın dəmir yolu layihəsi barədə müzakirələr aparmasına baxmayaraq, bu ölkə Tehranı maraqlandıra biləcək alternativ layihə və ya ideya təklif etmək iqtidarında deyil. Eyni zamanda, qonşu Azərbaycan regionda dəmir yolları sahəsində təşəbbüsü sürətlə öz üzərinə götürür.

F.Şahbazov qeyd edir ki, məhz bütün bu faktlar İran və Ermənistan arasındakı bu layihənin müvəffəqiyyətsizliyə məhkum olacağını fikirləşməyə əsas verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/514015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR