Fransanın baş naziri: “Muzeyə hücum terror aktıdır”

Fransanın baş naziri: “Muzeyə hücum terror aktıdır”
15:42 3 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ “Parisdə Luvr muzeyinə hücumda terror aktının bütün əlamətləri var”.
"Report” BFMTV-yə istinadən xəbər verir ki, bunu Fransanın Baş naziri Bernar Kaznev bildirib.
“Hücum terror xarakterli olub”, - baş nazir vurğulayıb.
Məlumata görə, fevralın 3-də naməlum şəxs muzeyin qarşısındakı patrula bıçaqla hücum edib. Hərbçi ona cavab olaraq atəş açıb. Hücum edənin qarın boşluğundan yaralanaraq hospitala aparıldğı bildirlib. Hərbçilərdən bir də yüngül yaralanıb. Onu da hospitala yerləşdiriblər.
Fransanın müdafiə naziri Jan-İv le Drian muzeyin qarşısındakı patrula hücumla əlaqədar ölkənin şimal-qərbində yerləşən Bretan bölgəsinə səfərini dayandıraraq Parisə qayıdıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-bas-naziri-muzeye-hucum-terror-aktidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR