Şirvan Milli Parkından Ağ göl Milli Parkına 8 baş ceyran köçürülüb

Şirvan Milli Parkından Ağ göl Milli Parkına 8 baş ceyran köçürülüb
17:17 3 Fevral 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 3 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ağ göl Milli Parkına 8 baş ceyran köçürüb. 
Report”un Aran bürosu xəbər verir ki, həmin heyvanları nazirliyə əslən Laçın rayonundan olan və hazırda Bakıda yaşayan Təvəkkül Hüseynov hədiyyə verib. 
T.Hüseynov "Report"a bildirib ki, üç aylıq olan 2 baş çeyran 2007-ci ildə ona hədiyyə verilib: "Mən də həmin ceyranlardan qayğımı əsirgəmədim, həyətyanı sahəmdə saxlamaqla 10 il müddətində 8 başa çatdırdım. Sonra ceyranları vəhşi təbiətə buraxmaq qərarına gələrkən bu barədə Daxili İşlər Nazirliyinin "Qaynar xətt"inə məlumat verdim. Həmin ceyranları ETSN-n əməkdaşlarına təhvil verdikdən sonra Şirvan Milli Parkına gətirildi. Onlar təbiətə adaptasiya olunmaları üçün iki gün volyerdə saxlanıldı və baytar həkimlərin nəzarətindən keçirildi. Bu gün isə ETSN nümayəndələrinin iştirakı ilə Şirvan Milli Parkında ceyranların tarixən yaşadığı areallardan olan Ağ göl Milli Parkının ərazisinə köçürüldü". 
Qeyd edək ki, hazırda Şirvan Milli Parkında 7 min başdan çox ceyran saxlanılır.











Xəbərin orijinal ünvanı: https://report.az/ekologiya/sirvan-milli-parkindan-ag-gol-milli-parkina-8-bas-ceyran-kocurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR