İki "Əl-Qaidə" lideri məhv edilib

İki "Əl-Qaidə" lideri məhv edilib
21:57 3 Fevral 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 29-da Yəməndə "Ərəbistan yarımadasında "Əl-Qaidə" qruplaşmasının iki lideri məhv edilib. 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Yaxın Şərq komandanlığından (CENTCOM) bildiriblər.
 
"Ərəbistan yarımadasında "Əl-Qaidə" qruplaşmasının liderlərindən olan Sultan əl-Dahab və Əbdul əl-Dahab uzun müddət terror əməliyyatlarının planlaşdırılması ilə məşğul olublar", məlumatda deyilir.
 
Xatırladaq ki, yanvarın 29-da ABŞ hərbçiləri Yəməndə xüsusi əməliyyat keçirib. Nəticədə 14 terrorçu məhv edilib, 1 amerikalı xüsusi təyinatlı ölüb, 3-ü yaralanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR