Qubada maşın 11 yaşlı uşağı vurdu

Qubada maşın 11 yaşlı uşağı vurdu
22:04 3 Fevral 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 178-ci km-də qeydə alınıb.

 

Yolu keçmək istəyən 2006-cı il təvəllüdlü Əhmədzadə Səyyad Şaiq oğlunu "VAZ 21099" markalı maşın vurub. Xəsarət alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması alan məktəblinin vəziyyəti orta ağırdır. Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR