Ermənistanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb

Ermənistanda onkoloji xəstəliklərdən ölənlərin sayı artıb
00:27 4 Fevral 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 4 fevral. REPORT.AZ/ Ermənistanda onkoloji xəstəliklərdən dünyasını dəyişənlər ölkədə ölənlərin ümumi statistikasının 21,9 faizini təşkil edir.
“Report”un Gürcüstan bürosu Ermənistan mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyinin Tibbi Yardım Siyasəti İdarəsinin rəisi Çaxik Vardanyan bəyan edib.
Onun sözlərinə görə, son 10 ildə onkologiya ölkənin həm səhiyyə, həm də sosial-iqtisadi inkişafı üçün əsas problemlərdən birinə çevrilib. Bu illər ərzində onkoloji xəstəliklərin sayı 1,8 dəfə, bu xəstəlikdən ölənlərin sayı isə 1,9 dəfə artıb.
Vardanyan deyib ki, hazırda dispanser nəzarətində olan 41 min nəfər onkoloji xəstə var.
Kişilər arasında ən çox ağ ciyərlər, boğaz, mədə-bağırsaq və prostatın xərçənginə rast gəlinir. Qadınlar arasında isə döş, cinsiyyət orqanları və mədə-bağırsaq xərçəngi daha çox yayılıb.
Ermənistanda xərçəng xəstəsi olan insanların ömrü, digər ölkələrdəki xərçəng xəstələrinin ömründən 30 faiz azdır. Bu da xəstəliyin gec aşkarlanması ilə bağlıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-onkoloji-xesteliklerden-olenlerin-sayi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR