Atatürk hava limanında ATƏŞ SƏSLƏRİ: şübhəli mikroavtobus... - FOTO

Atatürk hava limanında ATƏŞ SƏSLƏRİ: şübhəli mikroavtobus... - FOTO
11:32 4 Fevral 2017
48 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbul Atatürk hava limanının girişində içərisində üç nəfərin olduğu bir mikroavtobus polisin "Dur" xəbərdarlığına məhəl qoymayınca təkərlərinə atəş açılıb. Mikroavtobus dərhal hərəkət istiqamətini dəyişərək sürəti artırıb.

Yaşanan hadisə ilə əlaqədar Terrorla Mübarizə Şöbə Müdirliyi (TEM) ilə Xüsusi Təyinatlı Şöbəyə məlumat verilib. Qaçmağa çalışan şəxsləri polislərin təqib etdiyi deyilir.

Hadisəylə bağlı taksi sürücüsü Saffet İgid "Şübhəli bir mikroavtobus polis postuna doğru gəldi. Polislər mikroavtobusdakıların hərəkətlərindən şübhələndi və onlara mikroavtobusu kənara çəkməsini xahiş etdilər. Sürücü dayanmayıb mikroavtobusu polislərin üstlərinə doğru sürüncə, polis atəş etməyə başladı" deyib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR