Tramp Ankaraya qarşı TƏKLİFİ RƏDD ETDİ

Tramp Ankaraya qarşı TƏKLİFİ RƏDD ETDİ
13:48 4 Fevral 2017
211 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni prezidenti Donald Tramp PKK-nın Suriya qanadı sayılan Xalq Qoruma Birlikləri (YPG) terrorçularına silah verilməsi ilə bağlı sələfi Barak Obama tərəfindən irəli sürülən təklifi rədd edib.

Publika.az “Washington Post”-a istinadən xəbər verir ki, Barak Obama sözügedən təklifi prezident Donald Trampın andiçmə mərasimindən 3 gün öncə keçirilən toplantıda ona təqdim edib. Ancaq həmin toplantıda iştirak edən bir sıra rəsmi şəxslər sözügedən təklifin icra edildiyi təqdirdə ABŞ-Türkiyə münasibətlərinə ciddi xələl gətirəcəyini söyləyiblər. Barak Obamanın bu təklifi ilə bağlı isə yekun qərar qəbul edilməyib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama 2017-ci il yanvarın 17-də keçirilən təhvil-təslim mərasimində Suriyanın Rakka şəhərinin İŞİD terrorçularından təmizlənməsi üçün YPG-yə silah-sursat verilməsi ilə bağlı yeni prezident Donald Trampa təklif vermişdi.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/186425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR