“Zirə” - “Kəpəz”: Start heyətləri - YENİLƏNİR

“Zirə” - “Kəpəz”: Start heyətləri -   YENİLƏNİR
13:57 4 Fevral 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulacaq. Fanat.Az xəbər verir ki, turun son oyunlarında “Zirə” “Kəpəz”i, “Sumqayıt” isə “İnter”i qəbul edəcək.
 
İkinci oyun günü “Zirə” və “Kəpəz” arasında matçla start götürəcək. Çempionatın ortababları ilə fərqli start veriblər. Bakılılar mövsümün ikinci yarısına qələbə ilə başladığından qələbənin ardını gətirməyə çalışacaq. Evdə oynamalı olan Gəncə təmsilçisi qar üzündən yenidən Bakıda oynayacaq. Ötən tur darmadağına üzülən qərblilər ardıcıl 2 məğlubiyyətdən sonra xal əldə etməyə iddialıdı.
 
Liderlərin iki ən yaxın izləyicisi Sumqayıtda qarşılaşacaq. 3-cü pillədə qərarlaşan “İnter” liderlərin büdrəməsini gözləyir. “Kəpəz” üzərində böyükhesablı qələbə ilə liderlərə yaxınlaşan bakılılar bu fərqi daha da azaltmaq əzmindədi. “Qəbələ” səfərindən xalla dönən sumqayıtlılar isə həm mövqeyini qorumaq, həm rəqibinə yaxınlaşmaq üçün qalib gəlməlidi.
 
Qeyd edək ki, turun iki oyunu dünən keçrilib. "Qarabağ" AZAL-ı 2:1, "Qəbələ" "Neftçi"ni 1:0 hesabı ilə yenib.

Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVI tur

4 fevral
14.00 Zirə - Kəpəz
Zirə: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 44. Migel Lorenso, 39. Sadiq Quliyev, 16. Akim Latifu, 28. Təmkin Xəlilzadə, 8. Milan Duriç, 11. Viktor İbekoyi, 20. Sezar Meza Kolli, 10. Elvin Məmmədov (k), 19. Nurlan Novruzov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 17. Vüsal İsgəndərli, 5. Adil Nağıyev, 7. Amadu Sanqar, 43. Riçard Qadze.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov, 36. Renan Silva, 25. Şəhriyar Əliyev, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 7. Vüqar Bəybalayev, 10. Dario Federiko, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 9. Tural Qürbətov, 17. Nicat Qurbanov, 68. Əli Nuri, 16. Emin Zamanov.
Baş məşqçi: Şahin Diniyev.
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zirə İdman Kompleksinin stadionu.

16.30 Sumqayıt - İnter
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Sumqayıt şəhər stadionu.

he№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

16

11

3

2

29:8

36

2

Qəbələ

16

10

5

1

32:8

35

3

İnter

15

7

7

1

25:13

28

4

Sumqayıt

15

4

6

5

14:19

18

5

Zirə

15

5

3

7

13:16

18

6

Kəpəz

15

3

6

6

11:17

15

7

Neftçi

16

3

1

12

10:32

10

8

AZAL

16

1

5

10

8:29

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ), Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-zir-kpz-start-heytlri-t56049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR