Gülben Ergen müflis oldu

Gülben Ergen müflis oldu
15:16 4 Fevral 2017
97 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Gülben Ergen rəhbərlik etdiyi "Çocuklar Gülsün Diye Derneği"nin İstanbulun Etiler səmtindəki mərkəz binasını kirayəyə verir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dərnəyin gəlirlərinin və dövlət dəstəyinin azalması onu pis vəziyyətə salıb. Maddi vəziyyəti yaxşı olmayan Gülben binanı icarəyə vermək üçün elan asdırıb.

İddialara görə, müğənni müflis olduğu üçün son zamanlar dərnəyin işçilərini "Dadı Mutfak" restoranında ofisiant kimi çalışdırırdı. O, bu barədə açıqlama verərkən belə deyib:

"Məsələ tamamilə maddi sıxıntılarla əlaqədardır. Həmin yeri icarəyə verib, daha kiçik bir ofisə köçəcəyik".

Qeyd edək ki, onun daha öncə də evlərini və "Dadı Mutfak" restoranını satmaq istədiyi ilə bağlı xəbərlər yayılmışdı


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR