Məşhur müğənninin xanımı yeni işə başladı - FOTO

Məşhur müğənninin xanımı yeni işə başladı - FOTO
19:32 4 Fevral 2017
101 Maraqlı
Ölkə mətbuatı
A- A+

Populyar amerikalı müğənni və bəstəkar Con Leqendin xanımı, model Kriss Teyqen modelyer karyerasına başlayıb. O, "Campmaster" adlı kolleksiya hazırlayıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 31 yaşlı model dünən ABŞ-ın Florida ştatındakı Mayami şəhərində kolleksiyasının reklam çəkilişlərində idi.

Əynində boyskaut formasına bənzəyən paltar olan Teyqen okean sahilində pozalar verib. Onun geyimində "Chrissy Plant Manager" leybli vardı.

Con Leqend ən məşhur mahnılarından biri olan "All Of Me"ni xanımı Kriss Teyqenə həsr edib.

Atası norveçli, anası taylandlı olan K.Teyqen mahnının videoklipində C.Leqendin tərəf-müqabili olub.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/510980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR