Paytaxtda iki binada yanğın olub

Paytaxtda iki binada yanğın olub
00:49 5 Fevral 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda iki yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın  FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğınlardan biri paytaxtın Yasamal rayonunda ikimərtəbəli kommunal tipli yaşayış evinin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin  1 otağının tavanı 2 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Bundan başqa paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsindən 16-cı mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb. Elektrik kabellərinin qalan hissəsi və kommunikasiya xətləri yanğından mühafizə olunub.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR