Atanın futbol sevgisi: Oğlunun adını Beşiktaş qoydu

Atanın futbol sevgisi: Oğlunun adını Beşiktaş qoydu
05:43 5 Fevral 2017
71 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Manisa şəhərində yaşayan Mesut Karasi adlı şəxs maraqlı addım atıb.

Publika.az xəbər verir ki, o, 2 il öncə dünyaya gələn oğluna Beşiktaş adını verib.

30 yaşlı ata bu addımı "Beşiktaş" klubunun fanatı olduğu üçün atdığını bildirib: "Uşağım olarsa, adını Beşiktaş qoyacağımı demişdim. Atam buna qarşı çıxdı. Heç xanımım da razı deyildi. Əslində, mənim arzum oğlumun adını Beşiktaş 1903 qoymaq idi. Ancaq bu, mümkün deyil. Aidiyyatı quruma gedəndə oranın rəhbəri ilə mübahisə etdik. O, mənə "uşağın taleyi ilə oynayırsan" dedi. Buna görə, atam mənimlə 2 il danışmadı. Buna baxmayaraq, fikrimdən daşınmadım. Atam hələ də "get uşağın adını dəyişdir" deyir. 18 yaşına çatanda özü dəyişdirmək istəsə, gedib müraciət edər. Kaş ki, atam da mənim adımı Beşiktaş qoyardı".

Mesut Karasi oğlunun futbolçu olmağını arzuladığını qeyd edib: "Oğlumun olduğu ilə bağlı mənə xəbər veriləndə saata baxmışdım. Gördüm ki, saat 19:03-dü. "Beşiktaş" mənim həyat eşqimdi. Ölümlə yaşamaq kimi. Mən futbolçu olmaq istəyirdim. Ancaq ailəm icazə vermədi. Buna görə də evi tərk etdim. Oğlumun da futbolçu olmasını istəyirəm. Bu, mənim növbəti böyük arzumdur. "Beşiktaş"ın oyunlarını daima izləyirəm. Bir dəfə "Fənərbaxça" ilə oyuna getməm üçün işdən icazə vermədilər. Mən də öz istəyimlə işdən çıxdım, derbini izləmək üçün İstanbula getdim".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/186475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR