Bakıda 12 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda 12 dərəcə isti olacaq - HAVA PROQNOZU
12:29 5 Fevral 2017
169 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi  ilə əvəz olunacaq.

 

Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz   10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.  Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, fevralın 6-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir.  Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR