Bakıda yoxa çıxan yol polisi əməkdaşı DİN-dən çıxarılacaq

Bakıda yoxa çıxan yol polisi əməkdaşı DİN-dən çıxarılacaq
15:39 5 Fevral 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bakı BPİ DYPİ-nin Növbətçi hissəsinin sürücü-polis nəfəri Əliş Kərimovun ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq öz rəhbərliyinə xəbər vermədən yoxa çıxdığı və sonradan tapıldığı barədə xəbər vermişdik. Fevralın 3-də xidmətini başa vurandan sonra dostugilə gedib və dünən evlərinə qayıdıb.

 

Məlum olub ki, sözügedən polis axtarıldığından xəbərsiz imiş...

 

Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov virtualaz.org-a bildirib ki, böyük ehtimalla DYP əməkdaşı Əliş Kərimov yol verdiyi səhlənkarlığa görə işdən çıxarılacaq.

 

Qeyd edək ki, DYP əməkdaşının böyük məbləğdə borclu olduğuna görə gizləndiyi bildirilib. Onun qumar oyunlarında uduzduğu iddia edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/266861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR