ABŞ Latviyaya 220 hərbçi göndərib

ABŞ Latviyaya 220 hərbçi göndərib
23:12 5 Fevral 2017
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Latviyanın paytaxtı Riqaya 220 ABŞ hərbçisi gəlib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Latviyadakı səfirliyi açıqlama yayıb.
 
"ABŞ hərbçiləri Latviya Milli Silahlı Qüvvələri ilə birgə təlim keçəcək və işləyəcəklər", məlumatda deyilir. Yaxın günlərdə Latviyaya həmçinin "Abrams" tankları və "Bredli" zirehli maşınlarının gətiriləcəyi gözlənilir.
 
Qeyd edək ki, ötən ilin yayında Varşavada keçirilən NATO sammitində Latviya, Litva, Estoniya və Polşada hər birisində  bir batalyon olmaqla Alyans hərbçilərinin rotasiya əsasında yerləşdirilməsinə dair razılığa gəlinib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/514624.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR