Maradonanı ötmək istəyir

Maradonanı ötmək istəyir
23:47 5 Fevral 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik bu komandanın əfsanəsi Dieqo Maradonanı geridə qoymaq istəyir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Hamşik A seriyasının XXIII turunda "Bolonya" ilə keçirilən oyunda (7:1) het-trik edib.

Bununla da o, "Napoli"də vurduğu qolların sayını 109-a çatdırıb. Maradona isə "Napoli"də 115 qol vurub.
 
Hamşik bildirib ki, Maradonanı geridə qoysa, xoşbəxt olacaq: "Sevinirəm ki, het-trik etdim. Bu, mənim üçün böyük göstəricidi. Maradona? Bu mövsüm onu geridə qoymaq mümkün olmayacaqsa, gələn mövsüm alınacaq. Belə olsa, xoşbəxt olacam".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/514658.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR