"Prado" ağaca çırpıldı - Xəsarət alanlar var - FOTO

"Prado" ağaca çırpıldı - Xəsarət alanlar var - FOTO
23:53 5 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə yol qəzası baş verib 2 nəfər xəsarət alıb.
Publika.az xəbər verir ki, hadisə Gəncə - Göygöl yolunun 1-ci kilometrliyində baş verib.
Şəhər sakini 31 yaşlı Seymur Bayramov idarə etdiyi "Toyota Prado" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan cıxaraq ağaca çırpılıb. Nəticədə sürücü və onun sərnişini şəhər sakini 34 yaşlı Tural Kazımov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər TTYX-ya gətiriliblər.
İlkin tibbi yardım göstərilən yaralılardan vəziyyəti ağır olan Seymur Bayramov şəhərdəki özəl xəstəxanalardan birinə göndərilib. (ARB Kəpəz)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/186561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR