Qırğızıstandan olan muay-tay döyüşçüsü Rafael Fiziyev rinqdə "Matris" filminin qəhrəmanının tryukunu təkrarlayıb.
Milli.Az bildirir ki, olay Taylanddakı Phitsanulok şəhərində keçirilmiş "Toyota Marathon" turnirində baş verib.
Rinqdə tay döyüşçü Sorqo Petyindi ilə qarşılaşan 23 yaşlı Fiziyev birinci hissənin sonuna yaxın rəqibin çox güclü ayaq zərbəsindən yayınıb. Bu zaman arxaya əyilən Fiziyevin hərəkəti "Matris"dəki "Neo"nun güllələrdən yayınma fəndini xatırladıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:

