Bu gün Topaz Premyer Liqasında XVIII tura start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq və liderlər meydana çıxacaq

Gəncədə “Qarabağ” “Kəpəz”lə qarşılaşacaq. Fasilədən sonra bərbad çıxış edən Şahin Diniyevin yetirmələrinin ağdamlılara qarşı nə qədər müqavimət göstərəcəyi maraqla gözlənilir. İki komanda arasındakı çempionatın ilk dövrəsindəki matç qollu bərab bərabərliklə nəticələnmiş, ikinci görüşü “Qarabağ” minimal hesabla qazanmışdı. Qarşılaşma həm də Diniyevlərin qarşıdurması kimi diqqət çəkir. Belə ki, ağdamlıların futbolçusu Coşqun Diniyev rəqibin heyətində atası baş məşqçi Şahin Diniyev və qardaşı yarımmüdafiəçi Kərim Diniyevə qarşı mübarizə aparacaq.
“Qarabağ”dan bircə xal geri qalan “Qəbələ” çətin “Zirə” səfərinə yollanacaq. Ayxan Abbasovun təyinatından sonra özünə gələn ötən mövsümün gümüş mükafatçısı sadəcə liderə uduzub. Ancaq Roman Qriqorçukun yetirmələri istənilən halda çempionluq yolunda büdrəməmək üçün qalib gəlməyə borculudular. Heyətlə bağlı problemləri olan bölgə təmsilçisinin bunu necə həll edəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, turun qalan iki oyunu sabah baş tutacaq.

Premyer Liqa
2016/17 mövsümü
III dövrə, XVIII tur

12 fevral
Kəpəz - Qarabağ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Gəncə şəhər stadionu. Saat 14.30.

Zirə - Qəbələ
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Zirə İdman Kompleksinin stadionu. Saat 16.30.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

17

12

3

2

31:8

39

2

Qəbələ

17

11

5

1

34:8

38

3

İnter

17

7

8

2

28:18

29

4

Sumqayıt

17

5

7

5

19:32

22

5

Zirə

17

6

3

8

14:18

21

6

Kəpəz

17

3

6

8

12:21

15

7

Neftçi

17

4

1

12

13:33

13

8

AZAL

17

1

5

11

8:31

8

Bombardirlər

Filip Ozobiç (Qəbələ) - 9. Baqali Dabo (Qəbələ) - 7.


Fanat.Az