Müğənni İrem Derici "Kanal D"də yayımlanan "Beyaz Show" verilişinin qonağı olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcı Beyazıt Öztürkün suallarını cavablandırıb. Suallar arasında biri ifaçını çətin vəziyyətə salıb.
Belə ki, tamaşaçılardan biri sənətçiyə "Silikonları neçəyə saldırdın" sualı göndərib. İrem "Bu baxır nə qədər silikon taxırsan" cavabı verərək, mövzunu dəyişdirməyə çalışıb.
Qeyd edək ki, 6 ayda 17 kiloqram arıqlayan Derici "kişiyə oxşayıram" deyərək silikon qoydurub. İfaçı əməliyyatı gizli etmək istəsə də, alınmayıb.
Belə ki, o, müğənni Gülşənin övladını dünyaya gətirdiyi xəstəxanada əməliyyat olunub.
Xəstəxanaya gələnlər İremin sevgilisi Lider Şahinlə qarşılaşıblar və onun hansı səbəbə orada olduğunu öyrəniblər.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində