Kəmaləddin Heydərov Qətərin nəqliyyat naziri ilə görüşüb

Kəmaləddin Heydərov Qətərin nəqliyyat naziri ilə görüşüb
18:54 16 Mart 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin martın 16-da nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı nazir Kəmaləddin Heydərov 2014-cü ilin oktyabrında Qətərə səfəri zamanı keçirilmiş görüşlərin və imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş"in əhəmiyyətini vurğulayıb, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu qeyd edib.

 

Qonaqlara FHN-in fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında da ətraflı məlumat verilib.   

 

Cassim Saif Əhməd Al-Sulaiti səmimi qəbula görə təşəkkürünü bildirib, güclü iqtisadiyyata malik olan Azərbaycanla Qətər arasında əməkdaşlığın geniş potensialından bəhs edib.

 

Qonaq qeyd edib ki, iki ölkənin uyğun qurumları arasında əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin böyük əhəmiyyəti var.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR