Onun sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı danışıqlardakı təhlükəsizliyi insan haqlarının qorunması ilə hələlik qarışdırmaq olmaz.
Xatırladaq ki, o, martın 16-da BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən 28-ci sessiyasına İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi məruzə təqdim edib.
Məlumatda bildirilib ki, həmin hesabata əsasən, 2014-cü ildə İranda 753 nəfər edam olunub. Bu, son 12 ildə ən yüksək göstərici sayılır. 2013-cü ildə 687, 2012-ci ildə isə 580 nəfər edam edilib.
BMT-nin məruzəçisi İran hakimiyyətini siyasi məhbusların edam hökmlərini ləğv etməyə, vicdan məhbusları və uşaqların edamının birdəfəlik qadağan olunması haqda moratorium tətbiq etməyə çağırıb.