​Azərbaycanın Kanadadakı səfirliyi Novruz bayramı ilə bağlı ziyafət təşkil edib

​Azərbaycanın Kanadadakı səfirliyi Novruz bayramı ilə bağlı ziyafət təşkil edib
03:02 17 Mart 2015
160 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 mart. REPORT.AZ/ Martın 15-də Azərbaycan Respublikasının Kanadadakı səfirliyi paytaxt Ottavaya qonşu olan Qatino şəhərində Novruz bayramı münasibətilə ziyafət təşkil edib.
Azərbaycanın Kanadadakı səfirliyindən "Report"a verilən məlumata görə, bayram tədbirində Ottava və Monreal şəhərlərində yaşayan azərbaycanlı icması, eləcə də Türkiyə səfirliyinin təmsilçiləri və kanadalı qonaqlar iştirak ediblər.
2011-ci ilin 10 sentyabr tarixindən Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin direktoru Vüsalə Əhmədova tədbirin açılışında çıxış edərək, Novruz bayramı münasibətilə həmvətənlərimizi təbrik edib və bu bayramın xalqımız üçün əhəmiyyəti və tarixindən bəhs edib. Sonra söz Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynliyə verilmişdir. R.Hüseynli Novruzun 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini xatırladıb, 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının mart ayının 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə qərarına toxunub. O, vurğulayıb ki, Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə yaşadan böyük mədəniyyət hadisəsidir.
Çıxışlardan sonra “Qarabağ” məktəbinin şagirdləri Azərbaycan xalq mahnılarını səsləndirmiş və rəqslər nümayiş etdirmişlər. Onlar, həmçinin Novruz bayramına xas olan adərləri əyani olaraq iştirakçılara göstəriblər.
Tədbirdə, həmçinin qonaqlara Azərbaycan şirniyyatlarını dadmaq imkanı yaradılmış və Azərbaycanın mədəniyyətini təbliğ edən video çarx nümayiş etdirilib.








Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycanin-kanadadaki-sefirliyi-novruz-bayrami-ile-bagli-ziyafet-teskil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR