Ötən il sentyabrın 9-da Moskvada keçirilən "Müstəqil Dövlətlər Birliyinin XIII Beynəlxalq Həmrəylik Müsabiqəsi"nə yekun vuruldu. Milli.Az olaylar.az-a istinadən xəbər verir ki, müsabiqə çərçivəsində Qırğızıstanın Uluu Тооlоr nəşriyyatı tarixi əsərlər müəllifi Yunus Oğuzun "Əmir Teymur" (Тemirlan) iki cildliyinin keyfiyyətli nəşrinə görə mükafatlandırılıb.

Qeyd edək ki, nəşriyyat "Həmrəylik" nominasiyası üzrə II dərəcəli diplom alıb. Məlumata görə, tədbirdə 9-10 ölkənin nümayəndələri iştirak edirdi. Ermənistan kitabın qalib olmasına əngəl törətmək istəsə də, məqsədinə çata bilməyib.

Xatırladaq ki, kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə edilib.

Milli.Az