Ermənilər Bakıda kimlə döyüşəcək?

Ermənilər Bakıda kimlə döyüşəcək?
11:56 17 Mart 2015
448 İdman
Ölkə mətbuatı
A- A+

Erməni idmançıların Bakıda hansı idman növlərində təmsil olunacaqları məlum olub.

ANS PRESS-in məlumatına görə, qonşularımız 6 idman növü təmsilçiləri ilə Bakıya gələcəklər. Erməni idmançıları atıcılıq, sambo, cüdo, güləş, boks və taekvando kimi idman növlərində medal qazanmağa çalışacaqlar. Boks yığmasının əsas məşqçisi David Torosyan Bakıya gəlməkdən imtina etdiyinə görə paytaxtımıza gənc boksçuların məşqçisi Artur Qevorkyan gələcək.

Qeyd edək ki, Bakıdakı ilk Avropa Oyunları 12-28 iyun tarixində keçiriləcək. Ermənistan Olimpiya Komitəsi erməni idmançıların Bakıya gələcəkləri qərarını versə də bəzi idmançılar paytaxtımıza gəlməkdən imtina ediblər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=332348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR