Serbiyanın "Partizan" klubunda forma geyinən Everton Luis "Rad"ın meydanında oyun zamanı təhqir edilib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, matç zamanı azarkeşlər irqçi lövhələr açıblar və meymun səsi çıxarıblar. Buna dözə bilməyən Everton Luis ağlayaraq meydanı tərk edib.

Həmin komandanın vitse-prezidenti isə irqçi azarkeşləri dəstəkləyib. O feysbukda yazıb, sonra sildiyi statusda Luisin göz yaşlarını saxta adlandırıb. O bildirib ki, komandada əcnəbi oyunçulara daha çox hörmət edirlər, nəinki yerlilərə.

"Biz fəxr edirik ki, bizim komandamızda 7 əcnəbi futbolçu var. Amma yersiz saxta göz yaşları, saxta "Səni sevirəm, Serbiya" sözləri olmaya...

Niyə ölkənə qayıdıb onlara qara barmaqlarını göstərmirsən?"

Qeyd edək ki, dünənki matçda da top Luisin "əlinə keçəndə" azarkeşlər meymun səsləri çıxarıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Komandanın vitse-prezidenti futbolçunu ağladan azarkeşləri dəstəklədi - FOTO