Pese liseylerinin mezunlarinin 58.02%-i “Riyaziyyat”dan “2” alib

Pese liseylerinin mezunlarinin 58.02%-i “Riyaziyyat”dan “2” alib
13:29 17 Mart 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.

 

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, imtahan nəticələrinə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 5026 şagirddən 203 nəfəri imtahana gəlməyib. 2 şagird imtahan qaydaları pozduğu üçün imtahandan xaric edilib və nəticələri ləğv edilib. Peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 6-dan az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

 

Peşə liseylərinin şagirdləri üçün keçirilən buraxılış imtahanında ümumilikdə 4821 nəfər iştirak edib. Həmin şagirdlərin fənlər üzrə nəticələrinə əsasən, onlardan 9-nun (0,19%) “Ana dili” fənni üzrə qiyməti “5”, 175-nin (3.63%) qiyməti “4”, 3118-nin (64.68%) qiyməti “3”, 1519-nun (31.51%) isə “2” olub.

 

Buraxılış imtahanında iştirak edən 4821 şagirddən 9-u (0,19%) “Riyaziyyat” fənnindən “5”, 130-u (2.70%) “4”, 1885-i (39.10%) “3”, 2797-si isə (58.02) “2” qiyməti alıb.

 

Buraxılış imtahanında iştirak edən 4821 şagirddən 4307-si xarici dil kimi "İngilis dili" fənni üzrə imtahan veriblər. Onlardan 1 nəfəri (0.02%) “İngilis dili” fənnindən “5”, 41 nəfəri (0.95%)  “4”,  2464 nəfəri (57.21%) “3”, 1801 nəfəri isə (41.82%) “2” qiymət alıb.

 

Buraxılış imtahanında iştirak edən 4821 şagirddən 12 nəfəri xarici dil kimi “Alman dili” fənni üzrə imtahan veriblər. Onlardan heç biri imtahanda “4” və “5” qiyməti almayıb. “Alman dili” üzrə imtahan verənlərdən 8 nəfərinin (66.67%) qiyməti “3”, 4 nəfərinin (33.33%) qiyməti isə “2” olub.

 

İmtahan verən 4821 şagirddən 502 nəfəri isə xarici dil kimi “Rus dili” fənni üzrə imtahan veriblər. Onlardan 14 nəfəri (2.79%) “Rus dili” fənnindən “5”, 28 nəfəri (5.58%) “4”, 269 nəfəri (53.59%) “3”, 191 nəfəri isə (38.05%) “2” qiymət alıb.

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR