Tanınmış azərbaycanlı vəkil Rəna Həsənli beynəlxalq axtarışa verilib.

Bu barədə İnterpolun saytında məlumat yer alıb.

Zaurun verilişinin eksperti olmuş vəkil beynəlxalq axtarışda - FOTO

R.Həsənli dələduzluqda təqsirli bilinir və ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib.

Xatırladaq ki, Rəna Həsənli vəkillik fəaliyyəti ilə yanaşı, bir sıra tok-şoularda ekspert qismində çıxış edib. R.Həsənli daha çox Zaur Baxşəliyevin aparıcısı olduğu "Onun yarısı" verilişindən tanınır. (olke.az)