Ölümündən günümüzə qədər Mavzoleydə saxlanılan Lenin
hərəkət edir, gecələr Kremlin dəhlizlərində gəzişir.
Publika.az xəbər verir ki, 2011-ci ildə Leninin yaşadığını
əks etdirən videogörüntülər internetdə yayımlananda çoxları buna
inanmadı.
Videoda görünür ki, Mavzoleydə uzanmış Lenin sol əlini qaldırır və
bütün bədənini irəli çəkir.
Lakin hər kəs “bu videomontajdır” deyib məsələnin üzərində çox da
dayanmadı. Halbuki, çəkiliş Mavzoleydəki müşahidə kameraları
tərəfindən qeydə alınmışdı.
Həmin videonu araşdıran amerikalı tədqiqatçılar isə bunun montaj
olmadığını təsdiqləyiblər.
Bundan sonra ehtimallar ortaya çıxdı ki, bu, Kremldə dolaşan
Rusiyanın keçmiş rəhbərlərinin ruhları tərəfindən də edilə
bilər.
Filadelfiya Universitetinin professoru Con Kapri deyir ki,
videogörüntülər tamamilə realdır və heç bir montajdan söhbət belə
gedə bilməz.
Bu videodan sonra Kapri Mavzoleydə araşdırma aparmaq qərarına
gəlir, lakin ona icazə verilmir. Amma o, tezliklə yaşlı
siyasətçilər arasında dəstəkçilər tapır. Adının açıqlanmasını
istəməyən bir nəfər ona bildirir ki, Leninin ölümündən indiyə qədər
Mavzoleydə xidmət edən süpürgəçidən tutmuş, Kremldəki nazirlərə
qədər bir çoxu gecələr onun gəzdiyini müşahidə ediblər.
Lakin SSRİ bu haqda illərlə susub. Müasir Rusiyada isə Leninin
gəzdiyini çox nadir hallarda görən olub: “Rəhbərin aktivləşməsi
dövrü bir neçə il öncə başlandı. Artıq o, təkcə Kremlin
dəhlizlərndə gəzmir, həm də bəzən kimisə yumruqla hədələyir”.
Rusiya Kommunist Partiyasındakı mənbə isə iddia edib ki, Lenin
ümumiyyətlə ölməyib.
“Onu əsrin əvvəlində dondurdular və bu gün o, yenidən dirilərək,
hakimiyyəti xalqa qaytarmağa hazırlaşır”, - kommunist şövqlə
bildirir.
Asif