Bakı. 24 fevral. REPORT.AZ/ "Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 36-sı uşaq, 65 qadın, 35 qocadır".
"Report" xəbər verir ki, bunu Əsir və itkin d­üşmüş, girov götürülm­üş vətəndaşlarla əlaq­ədar Dövlət Komissiyasının katibi, İşçi Q­rupunun rəhbəri İsmay­ıl Axundov deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən 95-nin əsir götürülməsi ilə bağlı şahid ifadələri mövcuddur: "Onların arasında isə 12 uşaq var. Faciənin ən ağrılı tərəfi uşaqlarla bağlıdır".
İ.Axundov bildirib ki, Dövlət Komissiyasına əsir və itkin düşmüş şəxlərlə bağlı müraciət edənlərin çoxu həmin dövrdə uşaq olanlardır.